Günelin paylaşımı təsirləndirdi – VİDEO

Space TV-də yayımlanan “Banu” verilişi ilə tanınan aparıcı Günel Həsənzadə TikTok paylaşımı ilə diqqət çəkib.

Belə ki, o, məyus halda video çəkərək fonda ata-qız dialoqu ilə paylaşıb.

Səsdə qızı atasına onu çox sevdiyini deyir, valideyni isə ona qarşılıq verir.

Günel videoya “İçimdəki səssiz dialoq” başlığını yazıb.

Qeyd edək ki, aparıcı illər öncə atası ilə görüşmədiyini, belə bir fikrinin olmadığını demişdi.