8867648c 2166 4147 aa8f fa2808d4ebbe

30 may 2025-ci il tarixində İsveçin Göteborq şəhərində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bayram əhval-ruhiyyəsində möhtəşəm bir tədbir təşkil olunub. Tədbir Göteborqda fəaliyyət göstərən Azərbaycan Qarabağ Mərkəzinin təşkilatçılığı və Diasporla iş üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilib. Tədbirdə Göteborqda və başqa şəhərlərdə yaşayan soydaşlarımızdan 60-a yaxın həmvətənimiz iştirak edib.

Tədbiri Azərbaycan Qarabağ Mərkəzinin və Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurasının rəhbəri Ülviyyə Nəcəfova açaraq qonaqları salamlayıb, Dövlət Himnimiz səsləndirilib. Ülviyyə Nəcəfova çıxışında uşaqları təbrik edərək bu əlamətdar günün tarixi və əhəmiyyətindən danışıb. Daha sonra tədbirin aparıcılığı Məsumə Rüstəmliyə həvalə olunub.

Tədbirdə İsveçdə yaşayan azərbaycanlı uşaqlar öz istedad və bacarıqlarını nümayiş etdiriblər:

Zahra Şükürova (Lund şəhəri, 13 yaş) – Ən gənc yazar kimi çıxış edən Zahra öz yazdığı kitabı təqdim edərək, tədbir iştirakçılarına əsəri haqqında məlumat verib.

Hamid və Muhammed Hasanov qardaşları – Ana mövzusunda duyğulu şeir ifaları ilə alqışlanıblar.

Matin Raşadsson – “Mən Türkəm” mahnısını ifa edərək, musiqi dolu anlar yaşadıb.

Oguzxan Hüseyn və Fatma Hüseyn bacı-qardaşları – Pianoda ifa etdikləri milli musiqilərimizlə tədbirə xüsusi rəng qatıblar.

Yusif Baxşalizadə – Gənc futbolçu olaraq topla bacarığını nümayiş etdirib.

“Xarıbülbül” rəqs qrupu – Möhtəşəm çıxışları ilə tədbirin ən yaddaqalan hissələrindən birinə çevriliblər.

Rəqs qrupunun üzvləri:

Nazlı İsmayılova, İnci Baxşalizadə, Burla Şirinli, Banuçiçək Şirinli, Melissa Süleymanova, Muhammed Hasanov və Hamid Hasanov.

Qrupun rəhbəri Günel İsmayılova da çıxış edərək uşaqları təbrik edib, səmimi arzularını bölüşüb.

Tədbirin sonunda çıxış edən bütün uşaqlara təşkilatçılar tərəfindən diplomlar və hədiyyələr təqdim olunub. Balacaların üzləri rəngli boyalarla bəzədilib, əyləncəli oyunlar keçirilib və iştirakçılara müxtəlif təamlar təqdim olunub.

9a5d0f34 b50e 4a05 82be 42e70e8fa3dd 2f5c6d33 f8da 49ae 8971 b2b9b182f326 f01903b2 b1f0 4931 942a 90631d5a5a3d

Paylaş: