Gömrük Komitəsinin iki yüksək vəzifəli şəxsi işdən çıxarıldı

Dövlət Gömrük Komitəsinin (DGK) Əməliyyat-İstintaq Baş İdarəsi rəisinin birinci müavini Güloğlan Muradlı yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Globalinfo.az xəbər verir ki, bununla bağlı Gömrük Komitəsinin sədri Şahin Bağırov sərəncam imzalayıb.

Digər sərəncamla DGK-nın Şimal Ərazi Baş Gömrük İdarəsinin rəisi Rauf Rzayev də təqaüdə çıxarılıb.

Komitədən Report-a bildirilib ki, hər iki vəzifəyə hələlik təyinat yoxdur.