Globalinfo.az-ın bu yazısı Türkiyədə rezonans doğurdu – FOTO

Türkiyənin nüfuzlu xəbər portallarından olan “Haber7.com” Globalinfo.az-ın hazırladığı yazını yayımlayıb.

“Türkiyə supergüc oldu! ABŞ və NATO Ərdoğana möhtacdır” sərlövhəli yazıda Azərbaycanda fəaliyyət göstərən Globalinfo.az saytında yayımlanmış politoloji şərhdə Türkiyənin regional yox, qlobal güc olduğu qeyd edilib.

“Haber7.com” yazını politoloq Züriyyə Qarayevanın Globalinfo.az-a açıqlaması əsasında hazırlayıb.

Sözügedən yazı qardaş ölkənin digər media orqanlarında da yayımlanıb və oxucular tərəfindən maraqla qarşılanıb, xeyli şərh yazılıb.

“Haber7.com”dakı məqalənin linki burada.