“Qarabağ” hücum keyfiyyətləri yüksək olan komandadır. Rəqibin sol cinahı xüsusilə təhlükəlidir”.
Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bunu “Gent”in futbolçusu Jülyen De Sart Belçikada “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.
29 yaşlı yarımmüdafiəçi “köhlən atlar”ın Avropa Liqası səviyyəsində komanda olduğunu bildirib:
“Bunu cari mövsümdə artıq sübut ediblər. Ehtiyatlı olmalıyıq. Oyunu səbirsizliklə gözləyirəm. Bu, karyeramda 30-cu avrokubok matçı olacaq. Ona görə də meydanda hər şeyimi verməyə həvəsliyəm”.
Qeyd edək ki, fevralın 23-də “Gelamko Arena”da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.