Qondarma Rusiya yaratmaq istəyirlər – Narışkin

ABŞ-da Rusiya Federasiyasından kənarda öz hökuməti olan virtual “Rusiya dövləti” yaratmaq planları hazırlanır”.

Globalinfo.az Publika.az-a istinadla xəbər verir ki, bunu Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin danışıb.

“Vəziyyətin absurdluğu o həddə çatıb ki, Mərkəzi Kəşfiyyat İdarəsi Rusiya Federasiyasından kənarda virtual və guya legitim dövlətin, hansısa müvəqqəti administrasiyanın başçılıq etdiyi qondarma Rusiya Respublikasının yaradılması layihəsi üzərində işləyir”, – Narışkin Minskdə MDB ölkələrinin təhlükəsizlik orqanlarının və kəşfiyyat xidmətlərinin rəhbərlərinin görüşündə bildirib.

Xarici Kəşfiyyat Xidmətinin rəhbəri aydınlıq gətirib ki, Rusiya Federasiyasında prezident seçkiləri ərəfəsində Qərb dövlətləri Rusiya müxalifətinin xaricdəki nümayəndələrini birləşdirməyə çalışır və ölkəmiz daxilində yeraltı hökumət əleyhinə hüceyrələr şəbəkəsi yaratmağa çalışırlar.

Qeyd edək ki, dekabrın 14-də Narışkin mövcud dünya nizamının dəyişməsindən narazı olan Qərbin qəzəb içində tələsik təhlükəsi barədə xəbərdarlıq edib.