Gəncədə silahlılar evə basqın etdilər: yaralılar var

Gəncədə 2 nəfər evlərinə hücum edən şəxslər tərəfindən bıçaqlanıb.

Globalinfo.az xəbər verir ki, hadisə şəhərin Məhsəti Gəncəvi qəsəbəsində qeydə alınıb.

Bıçaq xəsarəti alan, 1991-ci il təvəllüdlü T.Quliyev və 1981-ci il təvəllüdlü Ə.Ələsgərov yaxınları tərəfindən xəstəxanaya çatdırılıb.

Zərərçəkmişlərin bildirdiyinə görə, onlar olduqları evə hücüm edən bir neçə nəfər tərəfindən bıçaqlanıb.