Gəncədə sərnişin avtobusu minik maşını ilə toqquşdu

67e5411673e5467e5411673e55174307765467e5411673e5267e5411673e53

Gəncədə yol nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az “APA”ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Hərəkətdə olan 1 saylı xətt üzrə işləyən “Hyundai” markalı sərnişin avtobusu ilə “Toyota” markalı minik maşını toqquşub. Qəza zamanı minik maşınında olanlar, 1983-cü il təvəllüdlü T.Orucova və 1978-ci il təvəllüdlü Z.Bayramova xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.