Gəncə polisi avtomobillərin ban nömrəsinə müdaxilə edən dəstənin izinə düşüb – nazirə müraciət


Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşları ilə Gəncə Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində “Fitstar Herbal Producst” MMC-yə məxsus olan “Mersedes Benz Vito” markalı, Az 77-AE-649 dövlət nömrə nişanlı avtomobil müəyyən edilərək saxlanılıb.

Globalinfo.az xəbər verir ki, aavtomobil avtotexniki ekspertizadan keçirilməsi üçün cərimə meydançasına aparılıb.

Şirkət rəsmisi Firdovsi Əliyev bildirib ki, daxili işlər naziri cənab Vilayət Eyvazova müraciətlərinə operativ reaksiya verilib:

“Avtomobil aylardır ki, Goranboy sakini Xəyyam Nəriman oğlu Rəhimov tərəfindən mənimsənilmişdi.

Şirkət olaraq hüquq-mühafizə orqanlarına şikayət etdikdən sonra avtomobilin nömrə nişanlarını dəyişməklə, Az 20-EU-594 nömrə nişanı bağlamaqla idarə etməyə başladılar.

Bununla bağli DİN rəhbərliyinə müraciət etdik. Cənab nazirə təşəkkür edirik ki, müraciətimizə dərhal reaksiya verildi.

BDYPİ avtomobili Gəncə şəhərində aşkarlayıb saxladı. Gəncə YPX əməkdaşları dərhal avtomobilin duracağa qoyulmasını təmin etdilər. Gəncə Şəhər Baş Polis İdarəsi Təhqiqat Şöbəsinin rəisinin göstərişinə əsasən avtomobilə baxış keçirildi”.

Şirkət rəsmisi bildirib ki, avtomobilə baxış keçirilərkən ban nömrəsinə müdaxilə olunması hal şahidlərinin iştirakı ilə təsdiqlənib:

“Gəncə Şəhər Baş Polis İdarəsinin rəhbərliyinə təşəkkür edirəm ki, böyük bir cinayətin üstünün açılmasını təmin etdilər”.

Şirkət rəsmisi əlavə edib ki, hazırda avtomobilin məhkəmə avtotexniki ekspertizası da təyin olunub:

“Cənab nazirdən bir daha xahiş edirəm ki, məsələni diqqətdə saxlasın, avtomobilin şirkətə qaytarılmasına köməklik etsin”.