Gənc qadın 3 övladı ilə birlikdə itkin düşdü

Bakıda gənc qadın üç uşağı ilə birlikdə itkin düşüb.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə polisə paytaxtın Xətai rayonunda yaşayan 1992-ci il təvəllüdlü Emin Ağayev məlumat verib.

O, polisə ərizə ilə müraciət edərək bildirib ki, fevralın 25-də arvadı 1997-ci il təvəllüdlü İlhamə Ağayeva 5, 6, 7 yaşlarında olan qızlarını götürərək birgə yaşadığı ünvandan çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.