Gədəbəydə 83 yaşlı kişini avtomobil vuraraq öldürüb

Gədəbəydə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az APA-a istinadla xəbər verir ki, hadisə Xarxar kəndində qeydə alınıb.

Hərəkətdə olan “VAZ” markalı minik maşını yolu qarşı tərəfə keçmək istəyən 1939-cu il təvəllüdlü Vaqif Qasımovu vurub.

83 yaşlı piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.