Futbolçu buna görə cəzalandırılıb

İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Markus Reşford intizamsızlığa görə cəzalandırılıb.

Globalinfo.az BBC-yə istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Erik ten Haq qarşılaşmadan əvvəl açıqlamasında bildirib.

25 yaşlı hücumçu bu səbəbdən “Vulverhempton”a qarşı Premyer Liqanın XVIII tur matçında ehtiyat oyunçular skamyasında yer alıb.

Qeyd edək ki, görüşdə ilk hissə oynanılır və hesab açılmayıb. Markus Reşford cari mövsüm yerli çempionatda 15 oyuna çıxıb, 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.