Futbol oyunlarında iftar fasiləsi olacaq

İngiltərə Premyer Liqasında və kubok yarışlarında Ramazan ayı ərzində oyunlarda kiçik fasilə olacaq.

Globalinfo.az Oxu.az-a istinadən xəbər verir ki, müsəlman oyunçuların oruclarını aça bilməsi üçün iftar vaxtına düşən matçlar qısa müddətlik dayandırılacaq.

Qeyd edək ki, Ramazan ayının ilk günü martın 23-ü olacaq.