WhatsApp Image 2025 11 17 at 11.14.34

Dəvət olarsa və münasib fürsət yaranarsa, qonşu ölkəyə (Azərbaycana — red.) səfər edəcəyəm və bütün qonşu ölkələrin nümayəndələrini Ermənistana dəvət edəcəyəm.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bunu iyunun 1-də İctimai Televiziyada keçirilən seçkiqabağı debatda deputatlığa namizədErmənistan Parlamentinin spikeri Alen Simonyan bildirib.

“Bir sirri aça bilərəm: bu yaxınlarda Azərbaycanda forum keçirildi və azərbaycanlı həmkarım məni səfərə dəvət etdi. Amma təəssüf ki, seçki kampaniyası səbəbindən forumun işində iştirak etməkdən imtina etdim”, – deyə Simonyan qeyd edib.

O əlavə edib ki, siyasətçilər sülh üçün məsuliyyət daşımalıdırlar.

Paylaş: