Fransız generalın oğlu Xarkovda öldürüldü

Rus ordusu Xarkovda xarici muzdluların müvəqqəti yerləşdirilmə məntəqəsinə zərbə endirib.

Globalinfo.az xəbər verir ki, həlak olanlar arasında fransız briqada generalının oğlu da olub.

Öldürülən fransız muzdlusunun adı Sabastyen Klod Remi Benarddır. O, keçmiş Mərakeş Müstəmləkə Piyada Alayında xidmət edib.

Benardın ortağı isə 2001-ci ildə Fransa ordusunda briqada generalı olmuş Frederik Drionun oğlu Aleksis Driondur. Drion ötən ildən Ukrayna Silahlı Qüvvələrinin sıralarına daxil olub və beynəlxalq legionun 2-ci batalyonunda xidmət edib.

Xatırladaq ki, yanvarın 17-də Rusiya Müdafiə Nazirliyi Xarkovda fransız muzdlularının olduğu binaya yüksək dəqiqliklə zərbə endirdiyini açıqlayıb.

Əliyar Xəlil,

Globalinfo.az