Avropa İttifaqında 1 ildə 1.5 milyon uşaq cinsi zorakılığa məruz qalıb – QORXUNC STATİSTİKA

 

Avropa İttifaqı pedofiliya və pornoqrafiyaya görə cinayət məsuliyyətini sərtləşdirmək niyyətindədir.

Globalinfo.az xəbər verir ki, bu barədə  “Reuters” agentliyi məlumat yayıb.

Məlumata görə, Avropa Komissiyası uşaqların cinsi istismarı ilə mübarizə üçün daha sərt cinayət qaydalarını tətbiq etməyə hazırlaşır. Bununla yanaşı, uşaqların pornoqrafiya və ya süni intellekt tərəfindən yaradılan digər materiallara daxil olmasının qadağn edilməsi planlaşdırılır.

Avropa Komissiyasının bildirdiyinə görə, texnologiyanın sürətli inkişafı sui-istifadə üçün yeni imkanlar yaradıb və nəticədə 2022-ci ildə Aİ-də 1,5 milyon uşaq cinsi zorakılığa məruz qalıb.

Yeni qaydalar 2011-ci ildə tətbiq edilən qanunlara uyğunlaşdırılır. Bu qanunlar həmçinin zorakılıq qurbanlarına maddi təzminat hüququ verəcək.

Qeyd edək ki, təklif qüvvəyə minməzdən əvvəl Avropa Parlamenti və üzv dövlətlər razılığa gəlməlidir.

Əliyar Xəlil
Globalinfo.az