attal

Fransanın baş naziri Qabriel Attal istefaya getməkdən imtina edib.

Globalinfo.az xəbər verir ki, “TF1” kanalına açıqlama verən baş nazir vəzifəsində qalıb prezident Emmanuel Makronun partiyasının seçki kampaniyasına rəhbərlik edəcəyini bildirib.

Qeyd edək ki, bundan öncə Fransa KİV hökumətin iclasında Attalın Makrondan onu istefaya göndərməsini xahiş etdiyini yazmışdı. Buna səbəb kimi Attal Avropa Parlamentinə keçirilən seçkidə Makronun İntibah Partiyasının çox pis nəticə əldə etməsini göstərmişdi. Lakin Makron onun istəyini qəbul etməyib.

Avropa Parlamentinə keçirilən seçkidə Makronun partiyası cəmi 14% səs toplaya bilmişdi. Bu nəticə ilə o, ən böyük rəqibləri olan ultramillətçi Milli Birlik Partiyasından 2 dəfə daha az səs toplamışdı.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: