000 33YG6GD

Fransanın Lill, Lion, Nant, Nitsa, Tuluz və Beauvais hava limanları hücum təhdidləri səbəbi ilə boşaldılıb. 

Globalinfo.az xəbər verir ki, bu barədə hava limanlarının nümayəndələri sosial şəbəkə hesablarında məlumat yayıblar.

Məlumata görə, özünü “islam dövləti qruplaşmasının üzvü” adlandıran bir şəxs bu hava limanlarına hücumla bağlı xəbərdarlıq edib.

Bundan sonra insanlar təxliyə edilib, ərazilərə təhlükəsizlik qüvvələri cəlb edilib, yoxlamalar aparılıb.

Həmçinin Fransanın ən çox ziyarət edilən turizm məkanlarında olan “Versal” sarayı da son 5 gün ərzində üçüncü dəfə təhlükəsizlik tədbirləri səbəbi ilə boşaldılıb.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: