Fransada AzTV komandasına edilən hücuma görə çox təəssüflənirəm.
Globalinfo.az xəbər verir ki, bunu Fransanın Azərbaycandakı səfiri Ann Buayon bildirib.
“Ümid edirəm, bu əməlləri törədənlər tutulacaq”, – səfir bildirib.
Qeyd edək ki, AzTV-nin Fransada çəkiliş aparan əməkdaşlarına hücum olub. Nəticədə müxbir və operator yüngül bədən xəsarətləri alıblar, çəkiliş kamerası isə əllərindən alınaraq sındırılıb. Əməkdaşlar kameranı geri tələb edərkən onları silahla hədələyiblər.