Fransa Qarabağdakı terrorçulara yardım göstərəcək – Rəsmi qərar

“Avropa siyasətində ən çox korrupsiyaya bulaşmış hakimiyyəti olan Fransa hazırda ölkəni bürümüş və hər gün genişlənən etirazları doğuran səbəbləri aradan qaldırmaq yolunu deyil, artıq vətəndaş itaətsizliyi həddinə çatmış sərt davranış yolunu tutub. Bu etirazların böyük əksəriyyəti sosial problemlərin əsasında genişlənib”.

Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq Yeganə Hacıyeva deyib.

Yeganə Hacıyeva

Onun sözlərinə görə, öz vətəndaşına belə münasibət bəsləyən Fransanın Paris Şəhər Şurası Qarabağdakı separatçılar və terroristlərə yardımın göstərilməsi ilə bağlı növbəti qətnamə qəbul edib:

“Fransanın Paris Şəhər Şurası Azərbaycanın Qarabağ bölgəsinə humanitar yük göndərməyi planlaşdırır. Bu, fransız riyakarlığının pik nöqtəsi olmaqdan kənarda, həm də Fransanın beynəlxalq hüququn əleyhinə apardığı sistemli siyasətinin növbəti dəfə nümayişidir.

Fransanın Ermənistanı terror siyasətini “himayə” etməklə, onu silahlandırmaqla və sülh danışıqlarına zərbə vurmasını nəzərə almaqla bu ölkənin Azərbaycan ərazilərinə göndərdiyi “humanitar yardımın” hansı yüklər olmasını ehtimal edə bilərik.

Məsələn, 1988-ci ildə Ermənistanda zəlzələ zamanı Fransanın göndərdiyi “humanitar yüklər” daha sonra Qarabağda silahlı terrorizmin əsasını qoydu.
Digər tərəfdən, Fransa öz separatçı rejimləri ilə aqressiv siyasət yürütdüyü halda, başqa ölkənin daxilində separatçılığın çiçəklənməsinə xidmət edən addımları sadəcə Azərbaycana qarşı olan siyasət deyil. Bu, Avropanın balaca diktatoru, Makronun Ukraynadakı müharibə üzərindən Çinlə və Rusiya ilə sövdələşməsi elementləri və s. addımları kimi Fransanın Avropanın təhlükəsizliyinə “verdiyi töhfəsidir”.

Turan Rzayev
Globalinfo.az