“Formula-1” yarışlarının keçiriləcəyi tarix dəyişir? – AÇIQLAMA

Son günlər “Formula-1” yarışlarının sentyabrdan daha tez keçiriləcəyinə dair məlumatlar yayılır. Bildirilir ki, bununla əlaqədar şəhərin mərkəzi hissələrində hazırlıqlar görülür. Buna səbəb isə sentyabrın 15-nə kimi ölkədə Milli Məclisdə seçki keçirilməsi göstərilir.

Məsələ ilə bağlı Globalinfo.az Bakı Şəhər Halqası (BŞH) ilə əlaqə saxlayıb.

BŞH-dan ölkədə keçiriləcək yarışın tarixinin dəyişdirilməyəcəyi bildirilib:

“1 il öncədən elan etmişik ki, bu il “Formula-1” yarışları 13-14-15 sentyabr tarixlərində keçiriləcək. Yəni nə vaxta demişiksə, o zaman da baş tutacaq”.

Zaira Akifqızı
Globalinfo.az