Ədliyyə naziri Fikrət Məmmədovun əmri ilə Ədliyyə Nazirliyinin Gəncə şəhəri üzrə İcra İdarəsinə yeni rəis təyinatı olub.
Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, idarənin rəis müavini vəifəsində çalışan Ələmdar İbrahimov nazirin əmri ilə rəis vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Ədliyyə Nazirliyinin Gəncə şəhəri üzrə İcra İdarəsinin əvvəlki rəisi tanınmış polis rəisi olmuş Nizami Qocayev idi. O, nazirin əmri ilə 2020-ci ilin mayında yaşla əlaqədar təqaüdə göndərilib.
Nizami Qocayev