FHN barmağında dəmir halqa qalan şəxsə köməklik etdi – VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonunda bir nəfərin barmağında dəmir halqanın sıxılıb qalması və xilasedici köməyinə ehtiyacın olması barədə məlumat daxil olub.

Globalinfo.az xəbər verir ki, məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Xilasedicilər xüsusi vasitələrlə halqanın zərərçəkmişin barmağından müvafiq qaydada çıxarılmasını təmin ediblər.