FHN 26 nəfəri dənizdən təxliyə etdi – VİDEO

Fövqəladə Hallar Nazirliyinə əlverişsiz hava şəraiti ilə əlaqədar Xəzər dənizində yerləşən 18 və 60 saylı stasionar dəniz özüllərindəki işçilərin təxliyə edilməsi zərurətinin yaranması barədə məlumat daxil olub.

Nazirlikdən Globalinfo.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin “Vixr-5” gəmisi cəlb olunub.

Həyata keçirilən operativ əməliyyat nəticəsində ümumilikdə 26 nəfər təxliyə edilərək təhlükəsiz əraziyə çatdırılıb.