Fələstinin yeni Baş naziri o oldu

Fələstinə yeni Baş nazir təyin olunub.

Globalinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Fələstin dövlətinin Prezidenti Mahmud Abbas Fələstin İnvestisiya Fondunun prezidenti Məhəmməd Mustafanı ölkənin Baş naziri vəzifəsinə təyin edib.

Qeyd edək ki, Məhəmməd Mustafa başda Fələstin İnvestisiya Fondu olmaqla Dünya Bankı və Fələstin rəhbərliyinə tabe olan qurumlarda müxtəlif vəzifələrdə çalışıb.

Xatırladaq ki, fevralın 26-da Fələstin dövlətinin Prezidenti Mahmud Abbas Mohammed Ştayyeh hökümətinin istefasını qəbul etmişdi.