Fazil Mustafa cinayətini açan polislər mükafatlandırıldı

Xəbər verdiyimiz kimi bu gün Daxili İşlər Nazirliyində geniş kollegiya iclası keçirilib.

Nazirlikdən Globlinfo.az-a verilən məlumata görə, kollegiya iclasında çıxış edən nazir, general-polkovnik Vilayət Eyvazov qanunla müəyyən edilmiş vəzifələrin və qarşıya qoyulmuş tapşırıqların cari ilin birinci rübündə bütövlükdə layiqincə yerinə yetirildiyini, cinayətkarlığa qarşı mübarizədə, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi sahəsində əldə olunmuş müsbət nəticələrin inkişaf etdirildiyini, şəxsi heyətin xidməti vəzifələrin icrasını böyük əzmlə həyata keçirdiyini, xüsusən respublikada və onun paytaxtı Bakı şəhərində ağır və xüsusilə ağır cinayətlərin açılmasında yüksək peşəkarlıq, qətiyyət və operativlik göstərmiş Nazirliyin və ərazi polis qurumlarının 136 əməkdaşının mükafatlandırıldığını diqqətə çatdırıb.

Qeyd edək ki, lent.az-ın yazdığına görə, mükafatlandırılan polis əməkdaşlarının əksəriyyəti deputat Fazil Mustafaya qarşı törədilən terror aktının açılmasında iştirak edənlərdir.