Əvvəl NATO-da, indi Ukrayna ordusunda: yeni komandan kimdir?

347503536983699

Ukrayna Prezidenti Volodimir Zelenski quru qoşunlarına yeni komandan təyin edib.

Globalinfo.az xəbər verir ki, Zelenski bununla bağlı fərman imzalayıb.

Fərmana əsasən, bu vəzifəyə Qennadiy Şapovalov təyin olunub.

Yeni təyinat Ukrayna ordusundakı dəyişikliklərlə bağlıdır. Belə ki, əvvəlki komandan Rusiya tərəfindən təlim ərazisinə edilən zərbə səbəbilə istefa vermişdi.

Qeyd edək ki, Qennadiy Şapovalov daha əvvəl Almaniyada yerləşən NATO-nun əlaqələndirmə mərkəzində nümayəndə kimi fəaliyyət göstərib.

Aysel Əliyeva
Globalinfo.az