polis emeliyyat 1

İsmayıllıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.

DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan Globalinfo.az-a verilən məlumata görə, əməliyyat zamanı saxlanılan 54 yaşlı İxtiyar Mehdiyevin yaşadığı ünvana baxış keçirilərkən kultivasiya edilərək yetişdirilən 25 ədəd çətənə kolu, 4 kiloqram marixuana və qanunsuz saxladığı ov tüfəngi aşkar olunub.

İ.Mehdiyevin narkotik vasitələri qazanc əldə etmək məqsədilə saxladığı müəyyən olunub.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

evinden-narkotik-ve-silah-tapildi
WhatsApp Image 2024 10 19 at 11.52.59

Paylaş: