Etirazlarla bağlı son QƏRAR: 10 şəhərdə komendant saatı tətbiq edildi

Fransanın şimalındakı on kommunanın hakimiyyəti iğtişaşlarla mübarizə üçün komendant saatı tətbiq edib.

Globalinfo.az Oxu.az-a istinadən xəbər verir ki, Lill, Dinan, Krua, Rube və digər şəhərlərdə komendant saatı fəaliyyətə başlayıb.

Məlumatına görə, o, yerli vaxtla 20:00-dan 22:00-a kimi cəmi iki saat sürəcək. Kommunadan asılı olaraq, qərar həm bütün sakinlərə, həm də yalnız yetkinlik yaşına çatmayanlara şamil edilə bilər.

Məhdudiyyət həmçinin Parisin bir sıra şəhərətrafı qəsəbələrində və digər regionlarda, xüsusən də Darnetal kommunasında (Normandiya) tətbiq edilir.