Əsgəranda kütləvi məzarlıq tapıldı: daha bir təsirli fakt – VİDEO

Əsgəran qalasının ətrafında kütləvi məzarlıqda tapılan qalıqların Xocalı soyqırımı qurbanlarına aid olduğu ehtimal edilir.

Globalinfo.az xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun əməkdaşı Zaur İsmayılov deyib.

Onun sözlərinə görə, 1990-cı illərin əvvəllərində Qarabağ bölgəsində fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin tərkibində 1992-ci ilin fevral ayında dinc Xocalı sakinlərinin qətlində iştirakçı olmasını etiraf edən Beqlaryan Rəşid Aramayisi barəsində istintaq olunan cinayət işi çərçivəsində, ifadələrinin yerində yoxlanılması məqsədi ilə istintaq hərəkətləri zamanı Xocalıdan Ağdam istiqamətində hərəkət edən dinc əhalinin Əsgəran qalası yaxınlığında pusquya salınaraq, qətlə yetirilməsi və meyitlərinin həmin qalanın yaxınlığında basdırılması barədə məlumat verib.

Məlumata görə, bununla bağlı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən ötən ilinin oktyabr-noyabr aylarında axtarış-qazıntı işlərinə start verilib, lakin əlverişsiz hava şəraiti səbəbindən işləri başa çatdırılmayıb: “Fevral ayından başlayaraq qazıntı işləri davam etdirilib və nəticədə Xocalı sakinlərinə aid olması ehtimal edilən gördüyünüz bu kütləvi məzarlıq aşkarlanıb. Burada mütəxəssislərin ehtimalına görə, ən azı 8 şəxsə aid qalıqlar var. Bundan sonra burada davam etdiriləcək axtarış işləri nəticəsində bu rəqəmin artacağı istisna olunmur. Növbəti mərhələdə eyniləşdirmək məqsədi ilə qalıqlardan götürülərək nümunələr aidiyyəti laboratoriyalara təhvil veriləcək və kimliyi müəyyən olunduqdan sonra nəticə barədə ictimaiyyətə məlumat veriləcək”.

Qeyd edək ki, daha əvvəl Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə təqsirləndirilən şəxs Raşid Beqlaryan ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti zamanı Xocalı soyqırımında qətlə yetirilən azərbaycanlıların Əsgəran qalası ətrafında kütləvi basdırıldığı həmin ərazini göstərmişdi.

X X X

Xocalı rayonunda kütləvi məzarlıq aşkarlanıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, Əsgəran qalasının yaxınlığında aşkar edilən məzarlıqda ən azı 8 insan qalığının olması ehtimal edilir. Bu gün müvafiq qurumların nümayəndələri əraziyə baxış keçriblər.

Azərbaycanın ötən il Qarabağda apardığı lokal xarakterli antiterror tədbirləri zamanı ələ keçirilən, 1990-cı illərin əvvəllərində Qarabağ bölgəsində fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin üzvü olan Beqlaryan Rəşid Aramayis istintaq olunan cinayət işi çərçivəsində, qətlə yetirilən günahsız insanların Əsgəran qəsəbəsində, Qarqar çayının sol sahilində, Əsgəran qalasının ətrafında basdırıldığını etiraf edib.

Aşkar edilən kütləvi məzarlığa bu gün media-tur təşkil edilib. Media-turda yerli media nümayəndələri ilə yanaşı Serbiya, Türkiyə, Mərakeş, Peru, Uruqvay, Özbəkistan, Bosniya və Herseqovina, Rusiyadan olan 35 nəfər xarici media nümayəndəsi də iştirak edib.

Bildirilib ki, ərazidə davam etdiriləcək axtarış işləri nəticəsində burada yeni insan qalıqlarının aşkar edilməsi gözlənilir. İnsan qalıqlarının eyniləşdirilməsi məqsədi ilə növbəti mərhələdə nümunələr götürülərək aidiyyəti laboratoriyaya təhvil veriləcək.

Qeyd edək ki, daha əvvəl Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə təqsirləndirilən şəxs Rəşid Beqlaryan ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti zamanı Xocalı soyqırımında qətlə yetirilən azərbaycanlıların Əsgəran qalası ətrafında kütləvi basdırıldığı həmin ərazini göstərmişdi.

***14:42

Xocalı rayonunda kütləvi məzarlıq aşkarlanıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, məzarlıq Xocalının Əsgəran qəsəbəsində aşkar edilib.

Məlumata görə, məzarlıq Əsgəran qalasının divarlarının ətrafında yerləşir.

Əsgəranda kütləvi məzarlıq aşkarlanıb - FOTO - VİDEO Əsgəranda kütləvi məzarlıq aşkarlanıb - FOTO - VİDEO Əsgəranda kütləvi məzarlıq aşkarlanıb - FOTO - VİDEO Əsgəranda kütləvi məzarlıq aşkarlanıb - FOTO - VİDEO

Əsgəranda kütləvi məzarlıq aşkarlanıb - FOTO - VİDEO - YENİLƏNİB Əsgəranda kütləvi məzarlıq aşkarlanıb - FOTO - VİDEO - YENİLƏNİB