Əsəd Ərdoğanla görüş üçün yeganə şərtini açıqladı

Suriya lideri Bəşər Əsəd Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş üçün şərtini açıqlayıb.

Globalinfo.az xəbər verir ki, B.Əsəd yalnız türk əsgərlərinin Suriyanın şimal hissəsindən geri çəkiləcəyi təqdirdə Türkiyə Prezidenti ilə görüşəcəyini deyib.

Əsəd bildirib ki, Suriyada müharibənin bitməsinə təsiri olmayacaq heç bir görüş onun üçün əhəmiyyətli deyil.

Qeyd edək ki, türk ordusu Suriyanın şimalındakı terror təhdidinə qarşı bölgədə mövcudluğunu davam etdirir.

Ayşən Mustafa
Globalinfo.az