Ermənistanla sərhəddə aktivlik: yenidən hərəkətə keçdilər – VİDEO

ai missiya

Avropa İttifaqının (Aİ) Ermənistandakı Müşahidə Missiyasının üzvləri növbəti dəfə Aprelin 15-də Qazax rayonu ilə həmsərhəd əraziyə gələrək müşahidə aparıblar.

Globalinfo.az-a “müşahidə missiyası”nın növbəti belə hərəkəti haqda video daxil olub. Videodan görünür ki, “missiya” üzvləri iki “Toyota” markalı cip maşınla hərəkət edirlər.

Azərbaycan sərhədçiləri müşahidə missiyasının hərəkətlərini qeydə alıb.

Qeyd edək ki, artıq xeyli müddətdir ki, Avropa İttifaqının (Aİ) Ermənistandakı “müşahidə missiyası” Azərbaycanla sərhəddə aktivlik göstərir. Onlar vaxtaşırı Ermənistan-Azərbaycan sərhədinin müxtəlif nöqtələrində ərazilərimizə baxış keçirirlər. Hər dəfə durbinli şəbəkənin fəaliyyəti sərhədçilərimiz tərəfindən qeydə alınır.

Globalinfo.az “müşahidə missiyası”nın növbəti belə hərəkətini əks etdirən videonu təqdim edir:

Əliyar Xəlil 

Globalinfo.az