Serj Sargsyan 9

“Ermənistanın xeyrinə 131 milyon 358 min dram (təxminən 607 min manat) məbləğində vəsait müsadirə ediləcək”.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, qurumun dövlət maraqlarının qorunması ilə bağlı növbəti iddiası məhkəmə tərəfindən təmin olunub:

“Məhkəmə qərarı ilə 2005-ci il aprelin 26-da Ermənistan Respublikası adından, o vaxtkı müdafiə naziri olan Serj Sərkisyan tərəfindən səlahiyyət verilmiş şəxs ilə “Ararat Motors” MMC arasında bağlanmış alqı-satqı müqaviləsi etibarsız sayılıb.

Söhbət İrəvan şəhərinin Malatiya-Sebastiya rayonunda, Admiral İsakov küçəsi 16/4 ünvanında yerləşən 0,40935 hektar torpaq sahəsindən gedir.

Həmin torpaq sahəsinin geri qaytarılmasının mümkün olmadığı nəzərə alınaraq, məhkəmə qərarı qüvvəyə mindikdən sonra müqavilənin etibarsız sayılması nəticəsində MMC-dən 131 milyon 358 min dram məbləğində vəsait müsadirə olunacaq”.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: