Ermənilər rus bazasının önündə xaos yaratdı: 100 aksiyaçı həsb edildi – VİDEO – YENİLƏNİB

Ermənistanın Gümrü şəhərində Rusiya hərbi bazası yaxınlığında keçirilən aksiyada 100-dən çox adam saxlanılıb.

Bu barədə Globalinfo.az xarici mətbuata istinadən xəbər verir.

Etirazçılar Rusiya hərbi bazasına gedən yolu bağlayıblar.

Aksiyaçılar bildiriblər ki, Rusiya hərbçilərini “işğalçı” elan edə bilərlər. “Biz dünyaya göstərəcəyik ki, Ermənistan 102-ci baza adı ilə Rusiya qoşunları tərəfindən işğal edilib”, – Milli demokratik qütb” təşkilatının üzvü Vahe Qasparyan bildirib.

***15:44

Ermənistanın Gümrü şəhərindəki Rusiyanın 102-ci hərbi bazasının qarşısında Rusiya əleyhinə keçirilən aksiya zamanl indiyə qədər 65 aksiya iştirakçısı saxlanılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistandan mediası məlumat yayıb.

***14:37

Ermənistanın Gümrü şəhərindəki Rusiyanın 102-ci hərbi bazasının qarşısında nümayişlər keçirilir.

Globalinfo.az “Report”a istinadla xəbər verir ki, etirazçılar “Rusiya Türkiyə və Azərbaycanın müttəfiqidir!”, “Ar olsun belə müttəfiqə!”, “KTMT-yə yox!” və s. şüarlar səsləndiriblər.

Hazırda aksiya iştirakçıları ilə polis arasında qarşıdurma baş verir, saxlanılanlar var.