Ermənistanda qızılcaya yoluxma artır

Ermənistanda qızılca xəstəliyinə yoluxma halları artmağa davam edir. Son həftələrdə bu göstərici 50-55 arasında dəyişir.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistanın səhiyyə naziri Anait Avanesyan məlumat verib.

Onun sözlərinə görə, müalicəyə ehtiyac duyan hər kəs xəstəxanaya yerləşdirilir, onların yaxınlarına peyvənd vurulur. Xəstəlikdən yayınmanın və ya kəskinləşməsinin qarşısının alınmasının ən yaxşı yolu peyvəndlənmə olaraq qalır.