Ermənistanın Armavir vilayətinin Nalbandyan kəndində polis əməkdaşlarına hücumda şübhəli bilinən 41 yaşlı Manuk Marqaryan saxlanılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Onun cinayəti törətdiyi avtomat da tapılıb.
Qeyd edilir ki, atışma nəticəsində Ermənistan Daxili İşlər Nazirliyinin Armavir idarəsinin əməliyyat müfəttişi, polis kapitanı Ayrapet Stepanyan ölüb, həmin idarənin polis leytenantı Artur Ayvazyan isə yaralanıb və xəstəxanaya aparılıb.
***07.09.24 21:29
Ermənistanın Armavir vilayətinin Nalbandyan kəndində silahlı insidentdə bir polis əməkdaşı ölüb, digəri yaralanıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, polis əməkdaşlarına kənd sakinlərindən birinin silah gizlətməsi barədə məlumat daxil olub. Hüquq-mühafizə orqanının əməkdaşları şübhəlinin yanına gəliblər və o, avtomat silahdan onlara atəş açıb.
Məlumata görə, iki polis əməkdaşı xəstəxanaya çatdırılıb, onlardan biri keçinib.