Ermənistanda qorxunc xəstəlik: kütləvi tələfat qeydə alındı – VİDEO

Ermənistanın Kəmrəz kəndində yerləşən donuz təsərrüfatlarında kütləvi tələfat hadisəsi qeydə alınıb.

Globalinfo.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, fermerlər bunun səbəbini Afrika vəbasının yayılması ilə əlaqələndirirlər.

Fermerlər hökumət qurumlarının məsələyə müdaxilə etməməkdə günahlandırırlar.

Qeyd edək ki, donuzlarda Afrika vəbası xəstəliyi keçici xəstəlik sayılır. İnsanların bu xəstəliyə yoluxma təhlükəsi yoxdur.