Ermənistan-Türkiyə sərhədi bu tarixlərdə açıq olacaq

marqara

Ermənistan-Türkiyə sərhədi 11 günlük açılacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə müvafiq qərar Ermənistan hökumətinin bu gün keçirilən iclasında qəbul edilib.

“Türkiyə vasitəsilə Suriyaya humanitar yardımın daşınması üçün martın 21-dən 31-dək Ermənistan-Türkiyə sərhədindəki “Marqara” sərhəd-keçid məntəqəsini açılacaq. Bu, quru yol ilə daha tez və ucuz qiymətə daşınma zərurətindən irəli gəlir”, – deyə bildirilib.

Qeyd edək ki, sözügedən sərhəd keçidi sonuncu dəfə 2023-cü il fevralın 11-dən 17-dək açılıb. Səbəb isə zəlzələdən sonra Türkiyəyə humanitar yardım göndərmək olub.

Əliyar Xəlil
Globalinfo.az