default

Ermənistan-Gürcüstan sərhədində yük maşınlarının hərəkəti dayandırılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistanın Dövlət Gəlirləri Komitəsinin Mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, Gürcüstanla sərhəddə yerləşən Qoqavan-Ququt keçid məntəqəsində yük nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq dayandırılıb.

Buna səbəb sərhədin Gürcüstan tərəfində internet bağlantısını təmin edən kabelin zədələnməsidir. Nəticədə ərazidə internet əlaqəsi kəsildiyindən gömrük-keçid məntəqəsi fəaliyyətini müəyyən müddətə dayandırıb.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: