Ermənistan parlamentində deputatlar arasında dava düşdü – VİDEO

Ermənistan parlamentində deputatlar arasında dava olub.

Globalinfo.az xəbər verir ki, Ermənistan parlamentinin binasında müxalifətlə hazırkı hakimiyyətin nümayəndələri arasında dava düşüb.

Dava Baş nazir Nikol Paşinyanın bəzi generalları qorxaq adlandırmasından sonra başlayıb.

Davada “Hayastan” fraksiyasının rəhbəri, sabiq müdafiə naziri Seyran Ohanyan aktiv iştirak edib.

Dava səbəbindən iclas yarımçıq dayandırılıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az