Erməni parlamentində dava: deputat zaldan çıxarıldı – VİDEO

Ermənistan parlamentinin bugünkü iclasında iqtidar və müxalifət deputatları arasında dava olub.

Globalinfo.az xəbər verir ki, “Hayastan” fraksiyasından olan deputat Artur Sərkisyanın çıxışından sonra parlamentdə vəziyyət gərginləşib.

A.Sarkisyan çıxışında 2021-ci ildə həbs olunması ilə bağlı sərt ifadələr səsləndirib. Buna cavab olaraq Ermənistan Parlamentinin sədri Alen Simonyan onu fikirlərini düzgün ifadə etməyə çağırıb. “Mülki razılaşma” fraksiyasının deputatı Ovik Ağazaryan da Sarkisyanı bu cür bəyanatlar verməməyə çağırıb, bundan sonra vəziyyət gərginləşib. Müxalifət və iqtidar qüvvələrinin deputatları arasında qarşılıqlı təhqirlər səslənməyə başlayıb, ardınca  əlbəyaxa dava düşüb.

Alen Simonyan təhlükəsizlik qüvvələrini çağıraraq deputatı zaldan çıxarmağı tapşırıb.


Artur Sərkisyan

Görüntüləri təqdim edirik:

Ayşən Mustafa
Globalinfo.az