Ermənistan MN sərhəd atışması haqda məlumat yaydı

“Fevralın 12-si Azərbaycanla Ermənistan arasında şərti sərhədin Qafan-Zəngilan hissəsində erməni hərbçilərin atəş açması ilə bağlı Azərbaycan mətbuatında yayılan məlumatlar araşdırılır”.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin hərbi polisi məlumat yayıb.

“Yuxarı komandanlıqdan gələn yazılı əmrlər, əsgərin situasiyadan asılı olaraq atəş açma qərarı vermək hüququnun olması, yaxud məcbur qalması ilə bağlı qaydalar məlumdur. İlkin məlumata görə, 12 fevral tarixində belə bir hal müşahidə olunmayıb. Lakin bu məlumatın təsdiqini tapacağı halda, əmri pozmaqda təqsirli olan şəxslər məsuliyyətə cəlb ediləcəklər” – açıqlamada qeyd olunur.