Ermənistan məktəblərində “rus dili” ilə bağlı QƏRAR

Ermənistan məktəblərində 2-8 və 10-cu siniflərdə “Rus dili” məcburi fənn statusundan çıxarılıb, seçmə fənn olaraq tədris proqramına daxil edilib. 

Globalinfo.az xəbər verir ki, bu barədə 2024-2025-ci tədris ilində yeni dövlət təhsil standartlarının tətbiqi qaydasında qeyd olunub.

Məlumata görə, rus dili sadəcə 4 və 9-cu siniflərdə məcburi fənn statusunda saxlanılıb. Digər xarici dil fənlərində olduğu kimi rus dilinin tədrisinə də həftədə 2 saat vaxt ayrılması nəzərdə tutulub.

Bir sıra rus dili mütəxəssisləri məsələ ilə bağlı narahatlıqlarını ifadə ediblər. Onların fikrincə, yaxın zamanda bu dilin tədris müddəti daha da azaldıla, hətta kurikulum tədris proqramından tamamilə çıxarıla bilər.

Ayşən Mustafa
Globalinfo.az