Ermənilərin stadionda terror hədəsinə Bakıdan cavab: “Hələ də anlamırlar…”

Dünən İrəvanda Türkiyə və Ermənistan milli komandaları arasında baş tutan oyun zamanı erməni azarkeşlər “NEMEZİS” yazılan iri pankart nümayiş etdiriblər. Bu isə həm qardaş ölkə Türkiyə, həm də Azərbaycan ictimaiyyətində etirazlara səbəb olub.

Məsələ ilə bağlı Globalinfo.az-a danışan Milli Məclisin deputatı Fazil Mustafa ermənilərin bu addımını mədəniyyətsizlik adlandırıb.

Son 7 ildə belə müəssisə açılmayıb - VİDEO - GlobalInfo.az

Fazil Mustafa

O, erməni xislətlərinin bütün dünyaya bəlli olduğunu bildirib:

“Ona görə də, bu cür səviyyəsiz davranışlar ermənilərdən gözləniləndir. Əslində, bu, onların faciəsidir. Çünki hələ də anlamırlar ki, düşmənçiliklə hansısa bir yerə varmaq olmaz. Əsas odur ki, Türkiyə bu oyunda qalib gəldi. Bizim üçün bu qələbə vacib idi.
Düzdür, bu, idmandır, burada məğlubiyyət, hansısa bir uğursuzluq ola bilər. Amma bütün hallarda biz belə məsələlərdə soyuqqanlı davranmalıyıq. Hər kəs öz mədəniyyətini göstərir, ermənilər də hər zamankı kimi öz mədəniyyətsizliyini göstərdi. Qoy elə təsəllini vəhşiliklə, mədəniyyətsizliklə, düşmənçiliklə tapsınlar. Bir daha qeyd edirəm, biz həmişə olduğu kimi, öz mədəni kimliyimizi uca tutaraq bu cür situasiyalarda soyuqqanlı davranmalıyıq”.

Qeyd edək ki, Nemezis əməliyyatı – ASALA erməni terror təşkilatının Osmanlı İmperiyası və Azərbaycan Xalq Cümhuriyyəti rəsmilərinə qarşı planlaşdırılan terror hücumlarının adıdır. Guya ermənilər bununla “soyqırıma” cavab veriblər.
Halbuki 1918-ci ildə ermənilərin Bakı da daxil olmaqla, Azərbaycanın bir çox ərazilərində dəhşətli soyqırım və qətliamlar törətmiş, minlərlə azərbaycanlını qətlə yetirmişdilər.

Xatırladaq ki, Türkiyə və Ermənistan milli komandalarının yarışması 2:1 Türkiyə millisinin qələbəsi ilə yekunlaşıb.

Zaira Akifqızı
Globalinfo.az