Ermənilər bundan danışır: Simonyanın Türkiyədəki addımı mübahisə yaratdı

Ermənistan parlamentinin sədri Alen Simonyan Türkiyədə keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində ermənicə danışıb.

Globalinfo.az xəbər verir ki, erməni mediası və sosial şəbəkə istifadəçiləri mövzu ilə bağlı iki yerə ayrılıblar.

Bir qisim Simonyanın vətənpərvərlik nümayiş etdirdiyi bildirsə də, digərləri ingiliscə danışmasının daha məqsədəuyğun olduğunu vurğulayıb. Onlar bildiriblər ki, Simonyanın belə mötəbər tədbirdə ermənicə danışması onun ingiliscə pis bilməsi və Ermənistan rəsmilərinn savadının kifayət qədər olmaması haqda fikir formalaşdıra bilər.

Simonyan çıxışı zamanı Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına ümidvar olduğunu bildirib.

Globalinfo.az
Tamerlan Yayaqan