Tarix boyu Azərbaycan mahnılarını, mədəniyyət abidələrini, yeməklərini özəlləşdirməyə çalışan ermənilərin son vaxtlarkı hədəfi Qafqazda bitən otlardır. Belə ki, onlar bu dəfə pərpərən (pərpətöyün) və əvəlik bitkiləri istiqamətində hücuma keçiblər.
Sosial şəbəkələrdə erməni blogerlərin bitkilərlə bağlı kampaniya başlatdıqları müşahidə olunur. Deyirlər ki, bəs, pərpətöyün, əvəlik, qatırquyruğu, dəvədabanı erməni bitkisidir. Düz deyirlər, şəxsən mən qatırquyruğu bitkisinin öz dilindən eşitmişəm: deyib, atam ermənidir, anam fransız.
Fürsət olmadı, yoxsa pərpətöyünlə də müzakirə aparacaqdım. Yəqin, o da öz erməni kimliyindən bəhs edəcəkdi.
Təklif edirəm, bu bitkilərin erməni olduğunu qətiləşdirmək üçün sonuna “yan” şəkilçisi artıraq. Məsələn, pərpətöyünyan, əvəlikyan, qatırquyruğuyan, dəvədabanıyan, keşniş-şüyüdyan və sair.
Fikrimcə, bu gedişlə biz erməni kenqurusu, Tavuş qaşqaldağı, Geqarkunik milçəyi, Sünik ilbizi, Spitak tarakanı ilə də tanış olacağıq.
Əslində, ermənilərin Azərbaycana məxsus şəhərlərdən, dini-mədəni abidələrdən, yeməklərdən əl çəkib pərpətöyün, qatırquyruğu, ayıdöşəyi, tülküyastığı, tarakan, danadişi uğrunda mübarizə aparmasından yalnız və yalnız məmun ola bilərik.
Ermənilərin torpaq davasından pərpətöyün davasına enməsi müsbət tendensiyadır.
Bəlkə də onları təbiət xilas edə bildi…
Zaira Akifqızı
Globalinfo.az