Ermənilərin Bakıya qarşı əsas kartı… – “Bəs 92-ci il?”

Hudson İnstitutunun Yaxın Şərqdə Sülh və Təhlükəsizlik Mərkəzinin direktoru Maykl Doran amerikalı siyasi şərhçi, sui-qəsd nəzəriyyəçisi Mayk Cernoviçin Azərbaycanla bağlı ittihamlarına cavab verib. 

Globalinfo.az xəbər verir ki, saxta xəbərlər və qarayaxma kampaniyaları ilə tanınan amerikalı sağçı ekspert Azərbaycanın İsraillə müttəfiqliyi və iki ölkə arasında hərbi əməkdaşlığa diqqət çəkib.

M.Cernoviç “X” platorfmasında İsraili Azərbaycanla əməkdaşlığa görə qınamağa cəhd edib:

“İsrail xristianları “öldürən” müsəlmanlarla əməkdaşlıq edir. Amerikalı xristianlar isə İsrailə yardım üçün pul toplayıb göndərirlər”.

Hudson İnstitutunun Yaxın Şərqdə Sülh və Təhlükəsizlik Mərkəzinin direktoru Maykl Doran Cernoviçin ittihamını əsassız adlandırıb və həqiqəti əks etdirmədiyini bildirib:

“Ermənistan İranın müttəfiqidir. Azərbaycanla Ermənistan arasında baş vermiş yeganə soyqırımı erməni tərəfinin 1992-93-cü illərdə azərbaycanlılara qarşı həyata keçirdiyi qətliamlardır. Ermənilər “xristian millət” ideologiyasını sadəcə bizi manipulyasiya etmək üçün istifadə edirlər”.

Ayşən Mustafa
Globalinfo.az