Ermənistan və Avropa İttifaqı (Aİ) rəsmi olaraq viza rejiminin liberallaşdırılması ilə bağlı danışıqlara başlayıb.
Globalinfo.az xəbər verir ki, Ermənistan baş nazirinin müavini Mher Qriqoryan Avropa Komissiyasının vitse-prezidenti Marqaritis Şinasla görüş keçirib.
Tərəflər siyasi və təhlükəsizlik məsələləri ilə bağlı İrəvan-Aİ dialoqunun başlanmasının, eləcə də Avropa ittifaqının mülki müşahidə missiyasının Ermənistanda yerləşdirilməsinin vacibliyini vurğuladılar. Görüşdən sonra Aİ ilə viza rejiminin liberallaşdırılmasıyla bağlı danışıqlara rəsmən başlanıldığı elan olunub.
“Ermənistan viza rejiminin liberallaşdırılması üzrə dialoqun başlanmasına böyük əhəmiyyət verir. Eyni zamanda yekun məqsədə çatmaq üçün ardıcıl və məqsədyönlü işin zəruri olduğunu başa düşür. Bunun son nəticəsi viza rejiminin liberallaşdırılması olacaq”, – deyə Mher Qriqoryan vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az