FotoJet 13 1

“Laçın sərhəd-keçid məntəqəsi rahat işləyir. Qarabağ bölgəsindən erməni sakinlərinin sərbəst keçidi üçün heç bir maneə yoxdur”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Caliber” məlumat yayıb.

Məlumatda qeyd edilib ki, bütün proses yalnız minimum vaxt tələb edən sənədlərin yoxlanılması prosedurunda ibarətdir, Qarabağ bölgəsindən erməni sakinlərinin sərbəst keçidi üçün heç bir maneə yoxdur.

***

Laçındakı sərhəd-buraxılış məntəqəsindən erməniəsilli vətəndaşların keçidi baş tutub.

Qeyd edək ki, 2020-ci il 10 noyabr tarixli Üçtərəfli Bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə və Ermənistan tərəfindən aprelin 22-də birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində nəzarət-buraxılış məntəqəsinin qurulmasına adekvat olaraq aprelin 23-ü Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub.

Paylaş: