Erməni səfirlər arasında dava: Sən xəstəsən, sus!

Ermənistanda diplomatlar arasında gərginlik yaranıb.

Globalinfo.az xəbər verir ki, konfliktin yaranmasına səbəb Ermənistanın Ukraynadakı səfiri Vladimir Karapetyanın Paşinyana müraciət olub. O, Paşinyanı dərhal Ukraynanı dəstəkləməyə çağırıb. Səfir bu çağırışını Ukraynanın qələbəsinə bir neçə ay qalması ilə əlaqələndirib.

Karapetyana ən sərt reaksiya Rusiyadakı səfir Vaqarşak Arutyunyandan gəlib. O, Karapetyanı “xəstə” adlandırıb:

“Mən xəstələrdən burada çıxış etməməsini xahiş edərdim. Rusiya heç bir halda uduzmayacaq və əgər hadisələr bu istiqamətdə inkişaf etsə, o, nüvə silahı tətbiq edəcək”.

Qeyd edək ki, Karapetyan Levon Ter-Petrosyanın ən yaxın kadrlarından biridir. Arutyunyana gəlincə isə o, keçmiş müdafiə naziridir.

Malik
Globalinfo.az